Cümə , 26 Aprel 2024
Drone Cameras

Rusiya FTX Akademiyasının kursantı Bakıda tutuldu

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Moskvada yerləşən Akademiyasının kursantı, 23 yaşlı Tacikistan vətəndaşı Navruz Sanqov Bakı aeroportunda tutulub və ölkəsinə ekstradisiya edilib.

Boyukmillet.com “Azadlıq” radiosunun tacik xidmətinə istinadən xəbər verir ki, Navruz Sanqov Akademiyanın V kursunda oxuyarkən təhsilni atıb və yoxa çıxıb.

Daha sonra onun Azərbaycanda olduğu müəyyənləşib, 23 yaşlı kursant ötən ilin noyabrında Bakı aeroportundan Türkiyəyə uçmaq istərkən yaxalanıb. İndi Tacikistan hüquq-mühafizə orqanları onu ekstremizmdə və İŞİD-ə qoşulmaq cəhdində ittiham edir.

Tacikistan hüquq-mühafizə orqanlarındakı mənbə deyib: “Navruz yoxa çıxandan sonra bu barədə tacik tərəfi məlumatlandırıldı. Yalnız bir ay sonra onu Bakı aeroportunda İstanbula uçmaq istərkən aşkarladılar və tutdular”.

Digər təfərrüatlar məlum deyil, ancaq təxmin edilir ki, Navruz Türkiyə üzərindən Suriyaya getməyə hazırlaşırdı. Kursant özü isə ittihamları qəbul etmir və hər hansı ekstremist qruplaşmalara qoşulmağa hazırlaşmadığını bildirir.

Navruzun yaxınları deyirlər ki, ötən il o, Tacikistanda Dövlət Milli Təhlükəsizlik Xidmətinin rayon şöbələrindən birində praktika keçib. Əlaçı kursant olub və təhsilini başa vurandan sonra Tacikistana qayıdıb təhlükəsizlik orqanlarında işləməyə hazırlaşırdı.

Navruzun anası Niholb Rahimova deyib ki, oğlu ilə istintaq təcridxanasında görüşüb: “Kimsə mənim oğlumu yolundan döndərib. O, deyir ki, Türkiyəyə müalicə üçün gedirdi. Son vaxtlar mədəsindən və baş spazmlarından əziyyət çəkib, dəfələrlə akademik məzuniyyət götürmək istəyib, ancaq verməyiblər. Sonra da belə axmaqlıq edib. And içir ki, Türkiyəyə ancaq müalicə üçün gedirdi”.

Anası deyir ki, oğlu üçün vəkil tuta bilmir, çünki işin olduqca qeyri-müəyyən olduğunu görən vəkillər onu müdafiə etmək istəmirlər.

Navruzun qardaşı Şərif isə deyir ki, onun təhsili atıb Azərbaycana yollandığını eşidəndə hamı təəcübləndi. Çünki Navruz təhsilini başa vurub güc strukturlarında işləməyə hazırlaşırdı, başqa planları yox idi.

Xatırladaq ki, minlərlə tacikistanlı gənc İŞİD sıralarına qoşulub. Onlardan ən yüksək rütbəlisi OMON komandiri Gülmurod Xalilov idi. Polkovnik Xalilov 2005-ci ildə vəzifəsini ataraq Suriyaya, İŞİD sıralarında döyüşməyə yollanıb.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir