Cümə , 22 Noyabr 2024
Drone Cameras

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub.

Boyukmillet.com xəbər verir ki, məlumatı Rusiyanın İnsan haqları üzrə müvəkkili Tatyana Moskalkova “Russia Today” telekanalının “Antonimlər” proqramının efirində təsdiqləyib.

O, bunun ilk mübadilə olduğunu deyib.

“Birinci mübadilə oldu – doqquz nəfər, onların bəziləri mənim müraciətlər yolu ilə formalaşdırdığım siyahıdandır. Ümid edirəm ki, siyahılar, prosedurlarla gecikməyəcəyik”, – o bildirib.

Qeyd edək ki, bundan əvvəl Melitopol meri İvan Fedorovun 9 rusiyalı məhbusla dəyişdirilməsi barədə məlumat yayılmışdı. Eyni zamanda martın 1-də də Rusiya və Ukrayna arasında ilk dəfə əsir mübadiləsi həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, proses Ukraynanın Sum vilayətində baş verib. Ukrayna tərəfi 5 hərbçi qarşılığında 1 rusiyalı zabiti təhvil verib.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …