Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Rusiya milyonlarla dollar dələduzluqda ittiham olunan keçmiş deputat Roman Qoldmanı İnterpol xətti ilə tutmaq istəyir

Rusiya 12 milyon dollarlıq dələduzluqda ittiham olunan sabiq deputat Roman Qoldmanı “qırmızı xətt”lə axtarışa verilib.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı İnterpolun saytında məlumat yerləşdirilib.

Bildirilib ki, 48 yaşlı Roman Qoldman xüsusilə külli miqdarda dələduzluqda təqsirləndirilir.

Rusiya məhkəmələri tərəfindən Roman Qoldmanın barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və saxlanılaraq təhvil verilməsi üçün İnterpola müraciət edilib.

Qeyd edək ki, Roman Qoldman Krasnoyarsk parlamentinin keçmiş deputatı olub. O həmçinin “Goldman Group”un rəhbəridir.

Rusiya mediasındakı xəbərlərə əsasən Rusiya məhkəmələri tərəfindən şirkətə məxsus 383 obyekt, o cümlədən Qoldmanın özünə məxsus əmlak da daxil olmaqla, 828 milyon rubldan çox məbləğdə müsadirə edilib.

Check Also

İsrail xüsusi təyinatlıları İrana girdi: quru əməliyyatı başladı – KİV

“Al Arabiya”nın məlumatına görə, MOSSAD və İsrail xüsusi təyinatlıları İranda quru əməliyyatı həyata keçiriblər. Boyukmillet.com xəbər …