Rusiya Qərb Hərbi Dairəsinə məxsus tank qoşunları tağımının hərbi texnikası daimi dislokasiya yerinə qayıdır.
Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tanklar və tırtıllı başqa zirehli texnika dəmir yolu vasitəsilə min kilometrə yaxın məsafəyə daşınacaq.
Bir müddət əvvəl Cənub və Qərb Hərbi dairələrinin hərbçiləri təlim-döyüşdən sonra daimi dislokasiya yernə qayıdacağı barədə məlumat yayılmışdı.
Qeyd edək ki, fevralın 11-də ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiyanın Ukrayna ilə sərhədə 7 minə yaxın əlavə hərbçi yerləşdirdiyini bildirmişdi.