Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Rusiya səfiri Azərbaycanla sərhədin bağlanmasını şərh edib

“Azərbaycanla Rusiya arasındakı quru sərhədi iki ölkənin əməliyyat qərargahları tərəfindən verilmiş qərara əsasən bağlanıb, nə vaxt açılacağına dair fikir söyləmək hələ tezdir”.

Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında bildirib.

Səfir deyib ki, bununla bağlı təyyarə ilə sərnişindaşımalarında artım baş verib: “Hazırda Rusiyanın 9 təyyarə şirkəti hər həftə müxtəlif şəhərlərdən Bakıya uçuşlar həyata keçirir. Həmçinin bəzi şirkətlər Azərbaycanın başqa şəhərlərinə uçuşla bağlı müraciət edib”.

O, bundan əlavə, Xəzər dənizində gəmilərlə turizm səfərlərinin də nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …