Şənbə , 20 Aprel 2024
Drone Cameras

Ermənistanda iqtidar və müxalifət deputatları bir-birilərini təhqir ediblər

Ermənistan parlamentində hakim “Vətəndaş razılaşması” fraksiyasının sədri, deputat Sisak Qabrielyanla müxalifətdə olan “Ermənistan” fraksiyasının deputatı Ruben Akopyan bir-birilərini küçə söyüşü ilə təhqir ediblər.

Boyukmillet.com xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, hadisə parlamentdə Teleradio Şurası üzrə Milli Komissiyada vakant yerə müxalifətin nümayəndəsinin namizədliyi müzakirə olunan zaman baş verib. Müzakirə parlamentin elm, təhsil, mədəniyyət, idman, diaspor və gənclər daimi komissiyasının iclasında aparılıb.

Ruben Akopyanın adı namizədlər sırasında olub. O, çıxışında Ermənistanın Baş naziri Nikol Paşinyanın ünvanına təhqiredici ifadələr işlədib. Sisak Qabrielyan Akopyanın mikrofonunu bağlamasını istəyib. Bunu qarşılığında müxalifət təmsilçisi fraksiya sədrini söyüb. Bu təhqirlər az qala əlbəyaxa davaya keçəcəkmiş. Bir az qışqırdıqdan, nalayiq ifadələr işlətdikdən sonra Akopyan iclas salonunu tərk edib, toplantıya ara verilib.

Check Also

Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Boyukmillet.com xəbər verir ki, …