Liman-Kupyansk istiqamətində Rusiya qoşunlarının sayı 100 min nəfərdən çoxdur. Hazırda bu istiqamətdə müdafiə əməliyyatı aparılır.
Boyukmillet.com xəbər verir ki, bu barədə telemarafonun efirində Ukrayna qoşunlarının şərq qrupunun mətbuat xidmətinin rəhbəri İllya Yevlaş bildirib.
“Məsələn, dünənə kimi düşmən, müdafiəçilərimizin mövqelərinə 620 hücum həyata keçirib, 15 hava zərbəsi endirib”, – Yevlaş açıqlayıb.
Eyni zamanda, onun sözlərinə görə, rusiyalılar öz aktivliyini Kupyansk istiqamətindən Novoyehorivkaya keçirirlər. Xüsusilə avqustun 26-da Ukrayna hərbçiləri orada Rusiyanın 10 hücumunu dəf edib. Burada Rusiyanın itkiləri 117 nəfər təşkil edir. Ukrayna Silahlı Qüvvələri həmçinin iki ədəd tankı, iki ədəd desantın döyüş maşınını, “Murom-M” stansiyasını və bir səhra sursat anbarını məhv etməyə nail olub.
“Ümumiyyətlə, Liman-Kupyansk istiqamətində bütün istiqamətə nəzər salsaq, orada 110 minə yaxın rusiyalı əsgər görərik. Amma onu seqmentlərə ayırsanız, Kupyansk istiqamətində 45 min, Liman istiqamətində isə 48 min rusiyalı əsgər var. ”, – Yevlaş vurğulayıb.