Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Rusiya UNESCO-ya nota verib

Rusiya diplomatlarına viza verilmədiyi üçün UNESCO-ya nota göndərib.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, Rusiyanın UNESCO yanında daimi nümayəndəliyi Fransanın təşkilatın tədbirlərinə xarici nümayəndə heyətlərinin səfərini təmin etmək üzrə götürdüyü öhdəlikləri yerinə yetirməməsi barədə quruma məlumat verib.

Bildirilib ki, rusiyalı diplomatlar Parisdə keçirilən UNESCO-nun Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqramın Hökumətlərarası Şurasının 33-cü sessiyasında iştirak etmək üçün viza ala bilməməsindən sonra rəsmi Moskva təşkilata nota göndərib:

“Nümayəndəliyimiz diplomatik kanallar vasitəsilə UNESCO-nun katibliyinə müraciət edib – nota göndərib və katiblik qarşısında təşkilat ilə Fransa tərəfi arasında bağlanmış müqaviləyə uyğun olaraq bu dövlətin üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi barədə məsələ qaldırıb”.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …