Moskva və Ankara birgə silah istehsalını və Rusiya hərbi məhsullarının Türkiyəyə tədarükünü müzakirə edirlər.
Boyukmillet.com “İnterfaks”a istinadən xəbər verir ki, bunu Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev “Dubai Airshow-2021” beynəlxalq aviaşousu çərçivəsində deyib.
D.Şuqayev vurğulayıb ki, Türkiyə ilə hərbi-texniki əməkdaşlıq davamlı şəkildə inkişaf edir.
O, S-400 zenit-raket komplekslərinin yeni partiyasının tədarükü ilə bağlı müqavilənin imzalanmasının vaxtını da açıqlayıb. Şuqayevin sözlərinə görə, bu, 2021-ci ilin sonuna qədər baş verəcək.
Qeyd edək ki, Rusiya və Türkiyə 2017-ci ildə S-400 zenit-raket komplekslərinin tədarükü üçün ilk müqavilə imzalayıb, Türkiyə tərəfi kompleksləri 2019-cu ilin yayı və payızında alıb.