Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Rusiya Xarkovu atəşə tutub, ölən və yaralanan var

Rusiya qoşunları Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərini atəşə tutub.

Boyukmillət.com xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov teleqramda yazıb.

O bildirib ki, hücum nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər isə yaralanıb.

O.Sinequbovun sözlərinə görə, mülki avtomobil yanıb. Həmçinin ətrafdakı yaşayış binası və mağazaya da ziyan dəyib.

Xilasetmə xidmətləri fəsadların aradan qaldırılması üçün yerində işləyir.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …