Cümə , 22 Noyabr 2024
Drone Cameras

Rusiya XİN: “Ukrayna-Azərbaycan əlaqələri onların suveren hüquqlarına aiddir”

“Müxtəlif ölkələrin, o cümlədən Ukrayna ilə Azərbaycanın ikitərəfli əlaqələr qurması onların suveren hüquqlarına aiddir, mühüm məsələ bunun üçüncü tərəfə qarşı yönəlməməsidir”.

Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Prezident İlham Əliyevin Ukraynaya son səfərinə münasibət bildirərkən deyib.

“Biz özümüz başqa ölkələrlə əlaqə qurarkən bu təməl prinsipi əsas götürür, tərəfdaşlarımızdan da eyni mövqeyə riayət etmələrini gözləyirik”,  – o bildirib.

M.Zaxarova xatırladıb ki, Prezident İlham Əliyevin Ukraynaya səfəri yanvarın 18-də Azərbaycan tərəfinin təşəbbüsü ilə keçirilmiş Rusiya-Azərbaycan liderlərinin telefon söhbətində müzakirə olunub.

Check Also

Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır

Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır. Boyukmillet.com “Akşam”a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat …