Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Rusiya XİN: “Ukrayna ilə 2024-cü ildə belə atəşkəs əldə olunmayacaq”

“Ukrayna ilə 2024-cü ildə belə atəşkəs əldə olunmayacaq”.

Boyukmillet.com  xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “İzvestiya” qəzetinə müsahibəsində deyib.

Onun fikrincə, Ukraynadakı hərbi münaqişə sülh sazişinin imzalanması ilə deyil, Rusiya xüsusi əməliyyatının bütün məqsədlərinə çatması ilə bitmə ehtimalı daha yüksəkdir: “Mən atəşkəs gözləmirəm. Məqsədlərimizə nail olacağımızı gözləyirəm”.

S.Ryabkov bildirib ki, ABŞ sülh istəyirsə, Moskvaya yox, Kiyevə üz tutmalıdır.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək.

Check Also

Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, 353 nəfər saxlanılıb

Türkiyənin 31 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin daxili …