Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Rusiya Zelenskiyə sui-qəsd cəhdini təkzib edib

“Rusiya hakimiyyətinin Ukrayna Prezidenti Volodimir Zelenskini qətlə yetirmək istəməsi barədə məlumatlar həqiqət deyil”.

Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezdentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, Rusiyanın “Vaqner” qrupu üzvlərinin Ukrayna Prezidenti Volodimir Zelenskiyə və ölkənin Baş naziri Denis Şmıqala qarşı sui-qəsd planlaşdırdığına dair xəbər yayılmışdı.

Ukrayna müdafiə nazirinin müşaviri Markian Lubkivski sui-qəsd planı ilə bağlı sübutların Beynəlxalq Ədalət Məhkəməsinə təqdim olunduğunu və kəşfiyyatın “Vaqner”ın bir neçə üzvünü aşkarlayaraq məhv etdiyini demişdi.

Xatırladaq ki, Volodimir Zelenskiyə qarşı ümumilikdə 10 dəfə sui-qəsd cəhdi edildiyinə dair məlumatlar olub.

Check Also

Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, 353 nəfər saxlanılıb

Türkiyənin 31 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin daxili …