Cümə axşamı , 2 May 2024
Drone Cameras

Rusiyada azərbaycanlı öz həmyerlisinin qətlini sifariş edib

Rusiya Baş Prokurorluğu bir azərbaycanlı və iki Başqırdıstan sakininə qarşı qaldırılan cinayət işi üzrə ittiham aktını təsdiq edib.

Boyukmillet.com  Report-a istinadən xəbər verir ki, cinayət işi Rusiya Ali Məhkəməsinə göndərilib.
İstintaqın məlumatına görə, 2014-cü ilin yanvar ayında Azərbaycan Respublikasından olan şəxs öz həmyerlisinin qətlini təşkil etmək qərarına gəlib. Başqırdıstan sakini təqribən 1800 dollar müqabilində sifarişli qətli yerinə yetirməyə razılaşıb. O, qətli törətməzdən əvvəl öz tanışı ilə birgə qətlə yetirilən şəxsə qarşı soyğunçuluq edib. Onlar öldürülən şəxsin sifarişçidən götürdüyü borc pulu ondan zorla alıblar.
İndi hər üç müttəhim, cinayət işində iştirak dərəcəsindən asılı olaraq, muzdla qətlin təşkili və onun həyata keçirilməsi, qanunsuz yolla odlu silah əldə etmək və soyğunçuluqda ittiham olunur. Məhkəmənin vaxtı məlum deyil.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir