Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Rusiyada göyərtəsində 19 nəfər olan helikopter qəza enişi edib

Rusiyanın Mi-8 helikopteri ölkənin şimalındakı Taymır bölgəsində məcburi qəza enişi edib.

Boyukmillet.com  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qərbi Sibirin Nəqliyyat Prokurorluğunun nümayəndəsi Oksana Qorbunova bildirib.

Onun sözlərinə görə, ekipaj üzvləri və sərnişinlərin qurtarılması üçün hadisə yerinə qəza-xilasetmə heyəti uçub.

Qorbunova bildirib ki, helikopter Duronoy gölü yaxınlığında yerə eniş edib. Onun göyərtəsində 16 sərnişin və 3 ekipaj üzvü var.

İlkin məlumata görə, yaralanan yoxdur. Prokurorluq uçuşun təhlükəsizliyi ilə bağlı qanunvericiliyin icrasını yoxlayır.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …