Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Rusiyada hərbi hospitalın binasında yanğın baş verib, 57 nəfər təxliyə edilib

Rusiyanın Tula vilayətində hərbi hospitalın yerləşdiyi binada yanğın baş verib, 57 nəfər təxliyə edilib. Xəsarət alan olmayıb.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Tula vilayəti hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Yanvarın 13-də Tulanın Sovetskaya küçəsində yerləşən hərbi hospitalın binasında yanğın baş verib. Hadisə yerində Tula vilayəti Fövqəladə Hallar Nazirliyinin briqadaları işləyir. 57 nəfər təxliyə edilib. Ölən və ya xəsarət alan yoxdur”, – məlumatda qeyd olunub.

Mətbuat xidməti əlavə edib ki, Tula vilayətinin qubernatoru Dmitri Milyayevin tapşırığı ilə “hərbi qulluqçuların təxliyəsi və sonrakı yerləşdirilməsi üçün” nəqliyyat təmin edilib.

Moskva Hərbi Dairəsindən əlavə ediblər ki, yanğının ilkin səbəbi elektrik naqillərinin nasazlığıdır: “Hadisənin səbəb və şəraitini araşdırmaq üçün xüsusi komissiya işləyir”.

Check Also

Gürcüstanda Azərbaycan və Ermənistanı birləşdirəcək yol layihəsi üzrə tenderlər ləğv edilib

Gürcüstan Yol İdarəsi Rustavi–Tsiteli körpüsü və Alqeti–Sadaxlı avtomobil yollarının tikintisi ilə bağlı elan edilmiş beynəlxalq …