Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Rusiyada helikopter qəzasında itən turistlərin meyitləri tapılıb

Rusiyanın Kamçatka diyarında Kurilsk gölünün dibində, qəzaya uğrayan “Mi-8” helikopterinin yanında bir neçə turistin meyiti tapılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, xüsusi aparat vasitəsi ilə batan “Mi-8”in gövdəsi aşkar edilib. Helikopter sahildən təxminən 500 metr məsafədə, 110 metr dərinlikdə yerləşir.

“Helikopterin yaxınlığında itkin düşmüş bir neçə turistin cəsədi tapılıb. Onların sudan çıxarılması məsələsi üzərində iş aparılır”.

Qeyd edək ki, Rusiyanın Kamçatka diyarında Mi-8 helikopteri qəzaya uğrayıb. Məlumata görə, heyət üzvləri dumanlı hava şəraitində helikopteri endirmək istəyiblər. Lakin helikopter “Yelizovo” hava limanından 200 kilometr məsafədəki Kurilsk gölə düşüb.

Check Also

Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, 353 nəfər saxlanılıb

Türkiyənin 31 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin daxili …