Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Rusiyada helikopterin sərt enişi zamanı onlarla insan xəsarət alıb

Rusiyada helikopterin sərt enişi zamanı onlarla insan xəsarət alıb.

Boyukmillet.com xəbər verir ki, hadisə Yakutiyada qeydə alınıb. “Mi-8” helikopteri dünən axşam saatlarında Aldan rayonunda sərt eniş edib. Nəticədə 23 nəfər xəsarət alıb. Onlardan 7 nəfərin vəziyyəti ağır, digər 7 nəfərin vəziyyəti orta ağır, 9 nəfərin vəziyyəti isə yüngül qiymətləndirilir. Yaralılar Yakutska aparılıb.

İnsident zamanı helikopterdə üç ekipaj üzvü və aviasiya meşə mühafizəsinin əməkdaşları olub.

Hadisə yerinə xilasedicilər cəlb edilib.

Faktla bağlı cinayət işi açılıb.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …