Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Rusiyada konsert zalında baş vermiş silahlı hücumun təfərrüatları məlum olub

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş silahlı hücumda beş nəfərin iştirak etdiyi məlum olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.

“Krokusda güllələnməni həyata keçirən qrupun tərkibində azı 5 silahlı adam var idi”, – teleqram kanala mənbə bildirib.

Eyni zamanda, teleqram kanallarda yayılan məlumata görə, hadisəni törədən şəxslər saxlanılmayıb. Bu səbəbdən yanğınsöndürənlər də binaya yaxınlaşıb yanğını söndürə bilmir.

Bildirilib ki, yanğın binanın damını uçurmağa başlayıb.

Xatırladaq ki, Rusiyada baş vermiş silahlı hücumda azı 10 nəfər ölüb, onlarla insan yaralanıb.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …