Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Rusiyada terror aktı törətmək istəyən İŞİD üzvləri saxlanılıb

Rusiyanın Pyatiqorsk şəhərində İŞİD terror qruplaşmasının terror aktı cəhdinin qarşısı alınıb.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

Qeyd olunub ki, polis idarəsi yaxınlığında terror aktı törətmək istəyən İŞİD üzvləri saxlanılıblar.

Məlumata görə, saxlanılanlar əməllərini etiraf ediblər.

Terrorçuların yaşayış evlərində axtarış aparılarkən əldəqayırma partlayıcı qurğunun hazırlanması üçün əldə etdikləri komponentlər və zədələyici elementlər, montaj sxemləri, qadağan olunmuş təşkilatın rəmzləri, məxfi əlaqə vasitələri aşkar edilərək götürülüb.

Check Also

Gürcüstanda immiqrasiya vizası almaq üçün minimum 150 min dollarlıq əmlak tələb olunacaq

Gürcüstanda əmlak mülkiyyəti əsasında verilən D5 kateqoriyalı immiqrasiya vizası üçün tələblər sərtləşdirilib. “Report”un yerli bürosunun …