Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Rusiyadan Azərbaycana qanunsuz yolla pul gətirən qadın saxlanılıb

Rusiyanın Tümen şəhərinin “Roşino” hava limanının gömrükçüləri bəyan edilməmiş pulu ölkədən çıxarmağa cəhd edən qadını saxlayıb.

Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, qadın Tümen-Bakı reysi üzrə qeydiyyatdan keçib və “yaşıl dəhliz”də saxlanılıb.

Onun Azərbaycana 1,26 milyon rubl məbləğində nağd pul aparmaq istədiyi məlum olub.

Gömrük nəzarəti başa çatdıqdan sonra qadına 10 min ABŞ dolları ekvivalentində 585 min rubl qaytarılıb, qalan məbləğ isə müsadirə edilib.

Check Also

Keçən ay sərhəddə yarım tondan çox narkotik vasitə aşkarlanıb

Mart ayı ərzində dövlət sərhədində yarım tondan çox narkotik vasitə aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən …