Cümə , 22 Noyabr 2024
Drone Cameras

Rusiyalı ekspert: “Ermənistanın Azərbaycanla sülh sazişi imzalamadan Türkiyə ilə münasibətləri bərpa etməsi qeyri-mümkündür”

“Ermənistan Azərbaycanla sülh sazişi imzalamasa, bu ölkənin Türkiyə ilə münasibətlərini yoluna qoyması mümkün deyil”.

Bunu “Report”a millətlərarası münaqişələr üzrə rusiyalı ekspert Yevgeniy Mixaylov bildirib.

“Bildiyimiz kimi, Türkiyə xarici işlər naziri Ermənistanla münasibətləri daha tez normallaşdırmaq məqsədilə xüsusi nümayəndə təyin etməyə, habelə iki ölkə arasında çarter uçuşlarına başlamağa hazır olduqlarını bildirib. Həmçinin Türkiyənin bütün addımlarını Azərbaycanla razılaşdırmasına dünya birliyinin diqqətini cəlb etməsi də mühüm məqamdır”, – ekspert vurğulayıb.

Onun fikrincə, Ermənistanın Türkiyə və Azərbaycan tərəfindən atılan addımların müsbət qarşılaması Rusiyasız mümkün deyil: “Fikrimcə, rəsmi İrəvanın Ankara və Bakı ilə dialoqda müsbət mövqe tutması üçün Rusiya Prezidenti Vladimir Putin əlində olan vasitələrin hamısını işə salıb”.

Check Also

Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır

Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır. Boyukmillet.com “Akşam”a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat …