Şənbə , 4 May 2024
Drone Cameras

Rusiyalı iş adamı Vadim Voinkov Moskva – Bakı- İrəvan marşrutunda niyə var-gəl edir?..


Bugünlərdə metalurgiya sahəsilə ilə bağlı kiçik araşdırma aparırdım. Qarşıma olduqca maraqlı məlumat çıxdı və hesab etdim ki, bu mövzunu mütləq içtimailəşdirmək lazımdır. Məlumdur ki, dünyada metalurgiya xammalı və bu sahəyə aid olan hazır məhsulların istehsal həcminə görə Rusiya aparıcı yerlərdən birini tutur.

Azərbaycan neft və qaz istehsal edən ölkə olduğu səbəbindən belə məhsullara böyük tələbatı var. İstər dövlət qurumları, istərsə də özəl şirkətlər Rusiyanın bu sahə üzrə ixtisaslaşan fərqli zavodları və korparasiyaları ilə yaxından əməkdaşlıq edir.

Belələrindən biri – rusca adı “TMK” (Boru Metalurgiya Kompaniyası) olan bir holdinqdir.
“TMK” Azərbaycanın energetika və neft-qaz sənayesi üçün borular və digər metal məmulatları tədarük edən bir neçə metallurgiya zavodundan ibarət holdinq qrupudur.

Rusiya internet resurslarının verdiyi məlumata görə, bu adda şirkətin Azərbaycanla əsas əlaqələndiricisi Vadim Voinkov adlı bir bir şəxsdir.
Bu adam kriminal meylləri ilə bağlı çox məşhur adamdır. Bu barədə daha ətraflı məlumat verəcəyik.

Vadim Voinkovun Azərbaycanda əsas əməkdaşlıq etdiyi adamlardan biri – Ramiz Mehdiyevin sağ “iqtisadi” əli sayılan və hazırda həbsdə olan Rasim Məmmədov olub. Maraqlıdır ki, bu Vadimin daha çox səfər etdiyi ölkələrdən biri də məhz Ermənistandır. Bu barədə o, özünə məxsus sosial şəbəkə hesablarında çoxsaylı fotolar da paylaşıb. Onun Ermənistanda Arğı dağının fonunda çəkdirdiyi fotonu bu yazıya əlavə edirəm.

Vadimin işlədiyi iddia edilən şirkətə qarşı da dələduzluq edir. Təmsil olunduğu “TMK” adlı qurumun adından Bakıya səfər etsə də, əslində, Rusiyanın başqa şirkətləri adına müqavilələr bağlayır və bunu əsas iş yerindən gizli saxlayır.

Belə bir adamın heç bir əsaslı izahat olmadan, ayda iki dəfə Bakıda görünməsi və dövlət qurumlarını gəzməsi olduqca maraqlıdır. Çox düşündürücü bir detal ortaya çıxır. Məsələn, Maqnitoqorsk Metallurgiya Zavodunun (MMK) Azərbaycandakı satışları TMK-nın satışından üç-dörd dəfə çoxdur. Ancaq “MMK”-nın bir nəfər də olsun əməkdaşı Çelyabinsklə Bakı arasında by qədər get-gəl etmir və ən əsası Ermənistana səfərə meyl göstərmir.

Nə qədər maraqlı olsa da, Vadim Voinkov on ildən artıqdır ki, Azərbaycanla əlaqələndirici kimi təyin olunub və eyni vəzifədə işləyir. Rusiyanın metallurgiya sənayesində ikinci belə bir nümunə yoxdur ki, bir şəxs tutduğu vəzifədə belə “əvəzedilməz” olsun.

Apardığımız araşdırma zamanı məlum oldu ki, “TMK”-nın 37 mindən çox işçisi var. Bir şəxsin on ildən artıqdır ki, Azərbaycanla bağlı eyni vəzifədə olması və şirkətin bu istiqamətdə kadr rotasiyası aparmaması olduqca təəccüblüdür…
Bir sözlə, Moskva-Bakı-İrəvan arasında var-gəl edən bu adam olduqca ziddiyyətli və ətraflı araşdırılması zəruri olan bir tipaja bənzəyir…

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Check Also

Anar Məmmədli haqqında həbs qərarı verildi

Hüquq müdafiəçisi ittihamı absurd adlandırıb Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, insan hüquqları …