Cümə , 29 Mart 2024
Drone Cameras

Rusiyanın Perm vilayətində Respublika Günü qeyd edildi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

28 May – Respublika Günü münasibətilə Rusiyanın Perm şəhərində Azərbaycan diasporu bir araya gəlib.

boyukmillet.com xəbər verir ki, 28 May – Respublika Günü münasibətilə Rusiyanın Perm şəhərində Azərbaycan diasporu bir araya gəlib.
Mərasim Azərbaycan və Rusiya dövlət himnlərinin ifası ilə başlayıb.
Tədbirdə ilk öncə çıxış edən Perm vilayətində Azərbaycan diasporunun rəhbəri Çingiz İsayev tədbir iştirakçılarını salamlayaraq bu bayramın bütün azərbaycanlılar üçün əziz və müqəddəs olduğunu vurğuladı və Müsəlman Şərqində ilk respublika olmuş Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın demokratik əsaslarda qurulmuş müstəqil milli dövlətçiliyinin şanlı səhifəsi olduğundan bəhs etdi.
Daha sonra tədbirdə iştirak etmək üçün Permdə səfərdə olan Azərbaycan Diasporu İnformasiya Mərkəzi (ADİM) sədri Toğrul Allahverdili qeyd edib ki, Azərbaycanda dövlət müstəqilliyimizin əldə edilməsi və qorunması yolunda şəhid olan bacı və qardaşlarımızın qəhramanlığını qeyd edib. T. Allahverdili qeyd edib ki, “Bütün tarixi sınaqlardan keçmiş Azərbaycanın hal-hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında yeni-yeni uğurlara doğru irəlilədiyini söyləyən Səfir, ölkəmizin dünyada artan nüfuzunu qeyd etdi və dövlətimizin milli mənafelərə söykənən müstəqil çoxşaxəli xarici siyasətinin prioritetləri sistemində Rusiya Federasiyası ilə strateji xarakterli tərəfdaşlığın xüsusi yer tutduğunu vurğuladı.

Tədbirdə Gənclər Birliyinin sədri Rəşad … və digər hənclər çıxış edərək xalqımızı Respubilka günü münasibəti ilə təbrik ediblər. 

Tədbir daha sonra Respubilka günü və Nəsiminin 650 illiyi münasibəti ilə filmlərin nümaişi ilə davam edib.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir