Çərşənbə axşamı , 21 May 2024
Drone Cameras

Rusiyanın Qarabağa görə Bakıya – Üç sensasion şərti

Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla görüşü ərəfəsində Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qeyd-şərtsiz azad olunması ilə bağlı Azərbaycan qarşısında 3 şərti var. Birinci şərt: Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmalıdır. İkinci şərt: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır. Üçüncü şərt: Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir.

Boyukmillet.com xəbər verir ki, bu sözləri politoloq Elxan şahinoğlu feysbuk səhifəsindən paylaşıb. E.Şahinoğlu “etibarlı qaynaqdan” əldə etdiyini bildirdiyi bu informasiyadakı sözügedən 3 şərti “çox ağır şərtlər” adlandırıb:

“Birinci şərti müəyyən istisnalarla yerinə yetirmək mümkündür, o biri iki şərt Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir. Başqa məlumatlar da var. “Atlas” Araşdırmalar Mərkəzi geniş təhlil hazırlayır…”

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti R.T.Ərdoğanın Qarabağ probleminin həlli ilə bağlı Rusiya Prezidenti Putinlə görüşəcəyi ilə bağlı mediada informasiya yayılıb

 

Boyukmillet.com

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir