Cümə , 27 Mart 2026
Drone Cameras

Rusiyanın 10 aeroportuna uçuşların məhdudlaşdırılması rejimi yenidən uzadılıb

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsindəki 10 hava limanında uçuşların məhdudlaşdırılması rejiminin müddətini dekabrın 27-dək uzadıb.

Boyukmillet.com “Rosaviasiya”nın məlumatına istinadən xəbər verir ki, təyyarələrin Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov və Elista hava limanlarına uçuşları məhdudlaşdırılıb.

Xatırladaq ki, Rusiyanın cənubunda və mərkəzində yerləşən hava limanlarına uçuşların məhdudlaşdırılması rejimi fevralın 24-dən etibarən tətbiq edilir. Məhdudiyyət sayca 49-cu dəfədir uzadılır.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …