Çərşənbə , 2 Aprel 2025
Drone Cameras

Rusiyanın 11 hava limanına uçuşlara qadağa iyul ayına qədər uzadılıb

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviatsiya”) ölkənin mərkəzi və cənubundakı 11 hava limanına uçuşlara qadağanı artıq 20-ci dəfə uzadıb. Bu məhdudiyyətlər fevralın 24-dən, yəni Ukraynada hərbi əməliyyatlar başlayandan bəri tətbiq edilib.

Boyukmillet.com  xəbər verir ki, bu barədə agentlik məlumat verib.

Qeyd edək ki, qadağa iyunun 30-dək qüvvədədir. Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elista hava limanlarına uçuşlar dayandırılıb.

“Rosaviatsiya” alternativ olaraq Soçi, Volqoqrad, Mineralnıye Vodı, Stavropol və Moskva hava limanlarından istifadə etməyi məsləhət görür.

Check Also

Putin orduya 160 min nəfərin çağırılması barədə fərman imzalayıb

Rusiya prezidenti Vladimir Putin orduya yaz çağırışı ilə bağlı fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, …