Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Rusiyanın dövlət saytı Azərbaycana qarşı təxribatı aradan qaldırıb

Rusiya Federasiyasının dövlət satınalmaları üzrə rəsmi saytında Rusiya sülhməramlılarının təchizatı ilə bağlı elanda Azərbaycan ərazisinin “Dağlıq Qarabağ Respublikası” kimi göstərilməsi ilə bağlı yol verilən səhv aradan qaldırılıb.

Boyukmillet.com xəbər verir ki, saytda Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin hərbi şəhərciyində xidmət üçün tenderin elan olunduğu ərazi Rusiya Federasiyası ərazisindən kənarda yerləşən ərazi kimi qeyd olunub.

Həmçinin “Müqavilənin şərtləri” bölməsində təyinat kimi Azərbaycan Respublikası qeyd olunub. Əvvəl sənəddə mövcud olmayan “Dağlıq Qarabağ Respublikası” qeyd olunmuşdu.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …