Rusiyanın Komi bölgəsindən Azərbaycana, buradan isə İrana hərəkət edəcək ilk müntəzəm ekspress yük qatarı göndərilib.
Boyukmillet.com bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, qatarla əsasən bölgədəki 10 ağac emalı müəssisəsinin məhsulları daşınır. Bu, xüsusilə kiçik və orta biznes üçün əlverişlidir.
Yeni xidmətin işə salınması xüsusən uzun məsafələrə çatdırılma zamanı nəqliyyat xərclərini azaltmağa imkan verəcək. Bu il ayda bir dəfə belə qatarın göndərilməsi planlaşdırılır. Qatarla taxta məhsulları ilə yanaşı, metal məmulatları, mineral gübrələr və tikinti materialları da daşına bilər.
Xatırladaq ki, Komidə yerləşən Mikun stansiyasından Samura doğru ilk sınaq qatarı ötən ilin sonunda göndərilmişdi.