Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Rusiyanın Latviyadakı hərbi attaşesinin çıxardığı hoqqabazlıqlar diplomatik qalmaqala səbəb olub FOTO

Latviyadakı Xarici işlər nazirliyi Rusiya səfilriyinin müvəqqəti işlər vəkili Vadim Vasilyevə etiraz notası təqdim edib.

Boyukmillet.com xarici agentliklərə istinadən xəbər verir ki, buna əsas səbəb səfirlik işçilərindən birinin ölkədaxili koronavirusla bağlı məhdudlaşdırlmaları və diplomatik etiketi kobud şəkildə pozması olub.

“Delfi” portalının xəbərinə görə, insident paytaxt Riqanın evlərindən birində baş verib. Burada ondan çox insan yığışıb əyləncə keçirib. Diplomatik nömrəli maşınlarda gəldiyi müşahidə edilən qonaqların yaratdığı hay-küy qonşuları narahat edib. İnsidentlə bağlı “Delfi” portalına məlumat verən Riqa bələdiyyə polisinin rəisi Lasma Qreydane bəhs olunan ünvana iki şikayət zənginin olduğunu bildirib.

Qeyd etmək lazımdır ki, Latviyada hazırda bu cür əyləncəli yığıncaqların keçirilməsi qəti qadağandır.

Daha sonra tədbirin əsas təşkilatçısının Rusiyanın Latviyadakı hərbi attaşesi Ruslan Uşakov olduğu aydınlaşıb. Hadisə yerinə gələn polislər məhz onunla danışdıqdan sonra, heç kimi həbs etmədən çıxıb gediblər. Lakin görünür, hərbi attaşe qonşulara qəzəbini başqa cür ifadə etmək qərarına gəlib. Küçələrdə yerləşdirilən kameralardan göründüyü kimi, o, küçənin ortasında nümayişkaranə surətdə qonşulara əlinin orta barmağı ilə tərbiyəsiz jest göstərib.

Latviya Xarici işlər nazirliyi bu cür davranışın yolverilməz olduğunu rusiyalı həmkarlarına çatdırıblar. Maraqlıdır ki, RF səfirliyi onların mövqelərini anlayışla qarşıladıqlarını və bu hadisənin diqqətsiz qalmayacağına söz verib.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …