Bazar ertəsi , 23 Noyabr 2026
Drone Cameras

Rusiyanın Ukraynaya qarşı atdığı raket və dronların ABŞ, Avropa tərəfindən ötürüldüyü məlum olub

Kiyevdə Ukraynaya qarşı Rusiya tərəfindən istifadə edilən, havada zərərsizləşdirilən yeni dron və raketlərin komponentləri nümayiş etdirilib.

Bu barədə “Report”un Şərqi Avropa bürosu xəbər verir.

Məlumata görə, bu komponentlərin, sanksiyalara baxmayaraq, ABŞ, bəzi qərbi Avropa, İran və Çin şirkətləri tərəfindən Rusiyaya ötürüldüyünün məlum olub.

Xatırladaq ki, ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə keçirilən beynəlxalq konfransda bildirib ki, Rusiya raketlərində Fransa, Almaniya, ABŞ-nin sənaye məhsulları qeydə alınıb.

Check Also

Tramp: Açıq sərhədlər ölkələri məhv edir!

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, həddindən artıq yumşaq miqrasiya siyasəti ölkənin mövcudluğuna təhlükə …