Şənbə , 14 Mart 2026
Drone Cameras

Şəkidə külək yaşayış evini dağıdıb

Şəkidə güclü külək fərdi yaşayış evində dağıntılara səbəb olub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Birinci Biləcik kəndində baş verib.

Leysan yağışla müşahidə olunan güclü külək nəticəsində kənd sakini Asiman Telman oğlu Bədiyevə məxsus fərdi yaşayış evində dağıntılar qeydə alınıb. İlkin məlumatlara görə, evin tavanı uçub, yan divarları aşıb. Bundan başqa həyətyanı sahənin daşdan hörülən hasar da bir neçə yerdən dağılıb.

Check Also

Əkrəm İmamoğlu haqqında 2 430 il həbs istənilən iş üzrə məhkəmə başlayıb

İstanbul 40‑cı Ağır Cinayətlər Məhkəməsində İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri, prezidentliyə namizəd Əkrəm İmamoğlu …