Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Səbuhinin yasında dəftər qoyub pul yığırdılar”

“Şəhidin yasından öz məqsədləri, mənafeləri üçün istifadə edən nə qədər vicdansız insanlar var. 

Bir neçə hesab açılıb, pullar toplanıb. Heç birindən Sənanın xəbəri yoxdur. Kimlərəsə böyük məbləğdə Sənana çatdırılması üçün pullar verilib. Amma o pullar Sənana çatmayıb”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri şəhid-mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu deyib.

 O, qeyd edib ki, sosial şəbəkələrdə şəhidin adına yığılan pullar onun ailəsinə çatmayıb:

“Tiktok”da, “İnstagram”da Səbuhinin qardaşı üçün hədiyyə, yardım istəyənlərdən Sənanın xəbəri yoxdur. Sənanın birbaşa özünə verilməyən, kiminsə vasitəsilə ona göndərilən pullardan onun xəbəri yoxdur”.

E.İslamoğlu daha vacib bir məqama da toxunaraq qeyd edib ki, bir qrup bloger şəhidin yasında pul yığıb:

“Bir qrup bloger də Səbuhinin yas mərasimi olan həyətdə dəftər qoyub pul yığırdı. Orda iştirak edənlər də pul qardaşına veriləcək deyə siyahıya yazılırdı. Sonra Sənana deyiblər ki, bəs biz uşaq evi üçün burda aksiya edirik, toplanan pullarla uşaq evinə gedəcəyik. Bu da təzə çıxıb?

Başqa şəhidlərin də yasında blogerlər gəlib pul yığır, aksiya edir? İrad və qınağımızdan sonra toplanan puldan az bir məbləğ Sənana verildi. Kim yardım edəcəksə, birbaşa özüylə görüşüb özünə versin.

Sənanın kimsəsizliyindən hərə öz məqsədi üçün istifadə edir. Şəhidin əmanətinə xəyanət edənlər ən vicdansız adamdır”.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …