Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Sədr müavini: “YAP üzvlüyündən çıxarılanlar var, lakin məhdud saydadır”

“Hazırda Yeni Azərbaycan Partiyasının (YAP) üzvlərinin siyahısının dəqiqləşdirilməsi prosesi gedir və artıq bu sahədə bir sıra işlər görülüb”.

Boyukmillet.com xəbər verir ki, bunu YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bununla bağlı yeni elektron sistem bazası qurulur: “Müxtəlif dövlət qurumları ilə birgə işlər görülür. “ASAN Xidmət” vasitəsilə bütün partiya üzvlərinin məlumatlarının dəqiqləşdirilməsi, onların uçotunun aparılması, həm qeydiyyat yeri, həm də onların miqrasiya prosesləri ilə əlaqədar işlər aparılır”.

T.Budaqov vurğulayıb ki, YAP-a daimi yeni üzvlər qəbul olunur: “Təbii ki, gənclərin müraciəti çoxluq təşkil edir. Partiyanın üzvlüyündən çıxarılanlar var, lakin bu çox məhdud saydadır. Vəfat edənlər də olur. Müxtəlif səbəblərdən partiya uçotunda müvafiq dəqiqləşdirilmələr aparılır. Son statistikaya əsasən, YAP-ın 800 minə yaxın üzvü var”.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …