Şənbə , 18 Yanvar 2025
Drone Cameras

Səfir: Ermənistanın basdırdığı minalar öz vətəndaşlarının həyatını da təhlükəyə atır

Ermənistanın basdırdığı minalar öz vətəndaşlarının həyatını da təhlükə altına qoyur.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə “X”də yazıb.

O xatırladıb ki, Azərbaycanla sərhəddə mina partlayışı nəticəsində bir erməni əsgər yaralanıb.

“2020-ci il müharibəsi başa çatdıqdan sonra azərbaycanlı qurbanların sayı 352 nəfərdir”, – diplomat qeyd edib.

Xatırladaq ki, aprelin 25-də Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb və hadisə nəticəsində yaralanıb.

Check Also

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası ilə əlaqədar istiqamətlər müəyyənləşib

Görüş Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi ilə reallaşıb Yanvarın 16-da Azərbaycanla Ermənistan arasında dövlət …