Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Şəhid Hüseynalı Nəbiyev Cəlilabadda torpağa tapşırılıb

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Hüseynalı Hikmət oğlu Nəbiyev dəfn edilib.

Boyukmillet.com xəbər verir ki, Cəlilabad rayonunun Bəcirəvan kənd sakini, 1999-cu il təvəllüdlü H.Nəbiyevin nəşi doğulduğu kəndə gətirilib. Onunla vida mərasimi keçirilib.

Daha sonra şəhid doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhid yaxınları ilə yanaşı rayon rəsmiləri, hərbçilər, yerli sakinlər iştirak edib.

Qeyd edək ki, şəhid H.Nəbiyev subay idi.

Check Also

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır. Boyukmillet.com xəbər verir ki, bununla bağlı …