Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Şəhid Yusif Qurbanov Goranboyda torpağa tapşırılıb 

XTQ hərbçisi, şəhid Yusif Qurbanov dəfn olunub.

“Report”un Qərb bürosunun məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat zamanı minaya düşərək yaralanan və daha sonra müalicə aldığı hospitalda vəfat edən 1997-ci il təvəllüdlü XTQ hərbçisi Yusif Asif oğlu Qurbanovla vida mərasimi kçeirilib.

O, Goranboy rayon Şəfəq kənd qəbristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak edib.

Qeyd edək ki, şəhid Y.Qurbanov Vətən Müharibəsi iştirakçısı olub.

Allah rəhmət eləsin!

Check Also

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır. Boyukmillet.com xəbər verir ki, bununla bağlı …