Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

27 Sentyabr – Anım Günü ilə əlaqədar bütün ölkə ərazisində Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sitat.info xəbər verir ki, saat 12:00-da avtomobil yollarında bütün nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, gəmilərdən, qatarlardan siqnallar səsləndirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr tarixi Respublikamızda Anım Günü kimi qeyd olunur.

Check Also

Kredit, intiharlar, “ölü pulu”, “nisyə həyat”: DSX hərbiçilərinin düşdüyü vəziyyət

Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edən hərbi qulluqçu Meydan TV-yə göndərdiyi məlumatda hərbi hissələrdə sistemli …