Cümə axşamı , 17 Aprel 2025
Drone Cameras

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimi keçirilib

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın ruhlarına ehtiram məqsədilə anım mərasimi keçirilib.

Boyukmillet.com xəbər verir ki, Birinci Qarabağ müharibəsi şəhidləri Emin Musayev, Adil Əliyev və Əli Həsənovun xatirəsinə həsr olunan mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Mərasimdə çıxış edənlər şəhidlərimizin şərəfli ömür və döyüş yolundan, ərazi bötüvlüyümüz uğrunda gedən döyüşlərdə göstərdikləri şücaətdən, eləcə də Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin əhəmiyyətindən danışıblar.

Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Anım mərasimində şəhidlərimizə həsr olunan şeirlər, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirilib.

Check Also

Metroda tunel tikintisi zamanı xətti dəyişmək üçün alternativ ictimai nəqliyyatdan istifadə ediləcək

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 10-u saat 20:55-də Tovuzqala rayonunun Seyrək Meşə yaşayış məntəqəsi istiqamətində yerləşən …