Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Səhiyyə Nazirliyi: “Binəli Yıldırım və Şamil Ayrımın yaxın saatlarda xəstəxanadan buraxılacağı gözlənilir”

Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçinin yaxın saatlarda evə yazılacağı (xəstəxanadan buraxılacağı) gözlənilir.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Mərkəzi Klinik Xəstəxanasından Səhiyyə Nazirliyinə verilən məlumata görə onlar xəstəxanada mütamadi həkim nəzarəti altındadırlar, vəziyyətləri qənaətbəxşdir, həyatları üçün hər hansı bir təhlükə yoxdur.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində ölkəyə gəlmiş Binəli Yıldırım, mühafizəçisi və millər vəkili Şamil Ayrımın olduğu avtomobil Cəbrayıldan qayıdarkən döngədə idarəetməni itirərək qəzaya düşüb.

Check Also

Alimlər qanı sümüklərin və digər bədən toxumalarının bərpası üçün maddəyə çeviriblər

Nottingem Universitetinin Əczaçılıq və Kimya Mühəndisliyi Məktəbinin britaniyalı alimləri qan əsasında bədən toxumasının bərpası üçün …