Şənbə , 28 Mart 2026
Drone Cameras

Səhiyyə Nazirliyinə yeni səlahiyyət verilib

“Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə tibbi yoxlamanın aparılması Qaydası”na dəyişiklik edilib.

Boyukmillet.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Dəyişikliyə əsasən, yoxlama aparılması ilə əlaqədar tibbi sənədlər (xəstəlik tarixi, həkim-məsləhət komissiyasının rəyinin surəti və s.) istintaq orqanı, prokuror, məhkəmə ilə yanaşı, Səhiyyə Nazirliyinə də veriləcək.

Check Also

Bundan sonra sığortaolunanları dərman və tibb vasitələri ilə TƏBİB təmin edəcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi …