Cümə , 30 Yanvar 2026
Drone Cameras

Səhvən kartına 120 min manat pul gəldi

Eskişehir Osmangazi Universitetinin müəllimi, professor Behçet Yalın Özkara bankın səhvən onun hesabına köçürdüyü 2 milyon 313 min 962 lirəni (təxminən 120 min manat) geri qaytarıb.

Boyukmillet.com-un məlumatına görə bank səhvi uzun müddət bilməyib, professor özü pulu qaytarmaq üçün bankla əlaqə saxlayıb.

Özkara əvvəlcə vəziyyətin düzəlməsini gözləyib, amma bankdan heç bir reaksiya olmadıqda pulu gündəlik faizə qoyub. Qazandığı faiz gəlirini də banka qaytaracağını söyləyib.

Bank əməkdaşları professorun xəbərdarlığından sonra hesabı bloklayıb və pulu geri alıb.

Sosial mediada böyük maraq doğuran hadisə ilə bağlı Özkara deyib:

“Bunu dürüstlük nümayişi kimi böyütmək istəmirəm, amma mənim olmayan pulu saxlamaq vicdanıma sığmazdı. Pul rahatlıq gətirə bilər, amma xoşbəxtlik deyil.”

Check Also

Bakıda daha bir icra başçısı müavinini İŞDƏN ÇIXARDI

Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini Etibar Əhmədov vəzifəsindən azad olunub. Boyukmillet.com …