Şənbə , 28 Mart 2026
Drone Cameras

Şəkidə sərnişin avtobusu 41 yaşlı qadını vurub

Şəki şəhərində piyadanın xəsarət alması ilə nəticələnən qəza baş verib.

Boyukmillet.com xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes-Benz Sprinter” markalı sərnişin avtobusu yolu keçməyə çalışan 1981-ci il təvəllüdlü Röya Mustafayevanı vurub. Ağır xəsarət alan 41 yaşlı R. Mustafayeva Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Hörmüz boğazında hücuma məruz qalan yük gəmisi saya oturub

İki həftə əvvəl Hörmüz boğazında hücuma məruz qalmış Tailand bayrağı altında üzən “Mayuree Naree” yük …