Çərşənbə axşamı , 9 Dekabr 2025
Drone Cameras

Səlahiyyətli nümayəndə: “Naxçıvan Ali Məclisində qəbul edilmiş qanun aktlarında nöqsanlar var”

“Naxçıvan Ali Məclisi isə öz yerində qalır. Orada müzakirələr aparılacaq, qanunvercilik aktları qəbul ediləcək. Təəssüf ki, Naxçıvan Muxtar Respublikasında (Ali Məclisdə – red.) qəbul edilmiş qanun aktları ilə bağlı bir sıra nöqsanlar var”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Real TV”yə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.

Onun sözlərinə görə, həmin nöqsanlar nəticəsində qanun aktlarının yerlərdə işləmə mexanizmi düzgün tənzimlənmir:

“Bu məsələlərə isə Naxçıvan Ali Məclisi baxacaq, çünki onlar Nümayəndəlik ofisinin səlahiyyətində olan məsələlər deyil”.

Check Also

SON DƏQİQƏ! Müdafiə Nazirliyi məlumat yaydı

Pirəkəşkül və Ağdərədə 8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış, eləcə də istifadəyə yararsız döyüş …