Cümə , 3 Aprel 2026
Drone Cameras

Şəmkirdə avtoqəza olub, xəsarət alanlar var

Şəmkir rayonu Qasımalılar kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Boyukmillet.com xəbər verir ki, “VAZ-2106” markalı minik avtomobilinin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində sürücü – 2004-cü il təvəllüdlü Sənan Quliyev, sərnişinləri, 2003-cü il təvəllüdlü Bayram Məmmədov və həmyaşıdı Rüfət Uğurov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlardan birinin vəziyyəti daha ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Keçən ay sərhəddə yarım tondan çox narkotik vasitə aşkarlanıb

Mart ayı ərzində dövlət sərhədində yarım tondan çox narkotik vasitə aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən …