Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Sərhədçilərimiz erməni diversantların quraşdırdığı partlayıcı qurğunu zərərsizləşdirib

Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçiləri erməni diversantlar tərəfindən quraşdırılmış partlayıcı qurğu aşkar edərək zərərsizləşdiriblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Caliber.Az-a Dövlət Sərhəd Xidmətindən bildirilib.

Ermənistanla Azərbaycanın şərti sərhədində aşkarlanan partlayıcının əldəqayırma üsulla hazırlanaraq 152 mm-lik mərmiyə doldurulduğu qeyd edilir. Onun çəkisi 55 kq-dan çox olub.

Mərmi çoxlu sayda canlı qüvvə və texnikanı məhv etmək üçün nəzərdə tutulub.

Check Also

DSX-nin hərbi qulluqçusunun güllələnərək öldürüldüyü bildirilir

Dövlət Sərhəd Xidmətinin (DSX) Yardımlı rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edən hərbi qulluqçunun …