Cümə , 13 Mart 2026
Drone Cameras

Şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibi yenilənəcək

Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə ediləcək.

Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişiklikləri təsdiq edib.

Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə ediləcək. Eyni zamanda elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatlar saxlanılacaq.

Bundan başqa, vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər məlumatlar artıq birbaşa elektron daşıyıcıda deyil, IAMAS (idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə saxlanılacaq və kriptoqrafik mühafizə olunacaq.

Şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların kriptoqrafik mühafizəsi, onların məxfiliyinin, bütövlüyünün və icazəsiz müdaxilədən qorunmasının təmin olunması məqsədini daşıyır.

Eyni zamanda vəsiqənin verilməsi qaydalarına da dəyişikliklər edilib. Belə ki, vəsiqə dəyişdirilməli olan hallara yaşayış yerinin dəyişməsi əlavə olunur.

Bundan başqa, əgər vəsiqə və ya elektron daşıyıcısında texniki və ya məzmunla bağlı səhv aşkar edilərsə, düzəlişin dövlət rüsumu tutulmadan həyata keçirilməsi nəzərdə tutulur.

Check Also

Fevralda 6 000-ə yaxın əcnəbi Azərbaycanda müvəqqəti yaşama icazəsi ilə bağlı müraciət edib

Ötən ay 5875 əcnəbi Azərbaycanda müvəqqəti yaşama icazəsinin alınması (uzadılması) ilə bağlı müraciət edib. Bu …