Cümə , 17 May 2024
Drone Cameras

Saakaşvili iqtidara səsləndi: “Sonunuz yaxınlaşır”

“Ölkəyə qarşı soyqırım törədirlər. Yalan danışmağı dayandırın! Yekunda qələbə bizə qalacaq. Bunların (hakimiyyətin-red) sonu isə yaxınlaşır”.

Boyukmillet.com Gürcüstan mediasına istinadla xəbər verir ki, bu sözləri sabiq prezident Mixeil Saakaşvili sosial media vasitəsilə etdiyi video müraciətində qeyd edib.

Saakaşvili həmçinin İvanişvilini yalançılıqda ittiham edərək əhaliyə qarşı soyqırım etdiklərini bildirib: “İvanişvili görünməmiş bir yalan danışır. O deyir ki, Saakaşvilinin hakimiyyəti dövründə 200 000 insan ölkəni tərk edib, bizim dövrümüzdə isə 100 000 nəfər geri qayıdıb. Bu təmamilə yalandır! Statistika departamenti 2 ildə bir dəfə rəqəmlər açıqlayır. Mənim 9 illik prezidenlik dönəmimin 8 ilində ölkədə pozitiv miqrasiya qeydə alınıb. Bu o demək deyil ki, insanlar ölkədən çıxmırdı. Yəni, çıxanlardan daha çox insan ölkəyə qayıdırdı. Bilirsiniz niyə? Çünkü biz insanları qohumluq əlaqələrinə görə, nepotizmlə, pulla deyil, layiq olduqları, müvafiq təhsilə malik olduqları təqdirdə vəzifəyə təyin edirdik. Bu zaman gənclər ölkəni tərk etmirdi. Bunların hakimiyyəti dönəmində isə 700 000 nəfər ölkəni tərk edib, bu ilə ən azından daha 100 000 nəfər gedib. Bu bir fəlakətdir, əhalini məhv etməklə yanaşı ölkəyə qarşı soyqırım da olur.

Bu həmin İvanişvili deyilmi, əhaliyə deyirdi ki, sizi Almaniyada işlə təmin edəcəm? Mən isə hər kəsdən xahiş edirdim ki, vətənə qayıdın. Bu isə deyir ki, çıxıb-gedin, buradan uzaqlaşın, ölkədə yalnız mən, Bera, ‘Antuni’ və digər qullar qalaq. O, ölkədə dünya miqyasında ən yüksək göstəriciyə malik işsizlik yaratdı. Biz öz ölkəmizi xilas etməliyik, bunlar özlərindən çıxıblar. Yekunda qələbə bizə qalacaq, bunların sonu isə yaxınlaşır,” – deyə Saakaşvili əlavə edib.

Qeyd edək ki, iki gün öncə Saakaşvili sentyabrın 6-da Gürcüstanda gedən proseslərdə planları və birbaşa iştirakı barədə açıqlama verəcəyini bildirmişdi.

Check Also

ABŞ konqresmeninə rüşvət verməkdə ittiham olunan azərbaycanlının adı məlum olub

İradə Axundova 2021-ci ildə Azərbaycanda “Tərəqqi” medalı ilə təltif edilibmiş Azərbaycandan rüşvət almaqda ittiham olunan …