Cümə , 19 Aprel 2024
Drone Cameras

Saatlı rayonunda şəhidlərimizin Anım günləri keçirilib, şəhid ailələri ziyarət edilib


Oktyabrın 21-də Saatlı rayonunda Vətən Müharibəsi şəhidləri – rayonun Qara Nuru kəndindən şəhid Sultanov Zaminəli Nazim oğlunun və Cəfərxan kəndindən şəhid Həsənov Neymət Süleyman oğlunun il mərasimləri keçirilmişdir.

Mərasimlərdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Milli Məclisin deputatı Əziz Ələkbərli, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, qazilər və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Mərasimdə iştirak edənlər şəhidlərin ailə üzvləri ilə birlikdə onların məzarlarını da ziyarət etmiş, qəbirüstü abidələri önünə gül dəstələri qoymuşlar.

Millət vəkili Əziz Ələkbərləri oktyabrın 21-də Saatlı rayonunun Günəşli kəndindən Axıska türkü olan şəhid Dursunov Zeynalı Əlləz oğlunun və rayonun Soltanabad kəndindən şəhid Şahbazov Aqif Hasif oğlunun ailələrini də ziyarət etmiş, onların problemləri ilə maraqlanmışdır.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Millət vəkili şəhidlərimizin hər birinin xalqımızın qüruru olduğunu, bu gün hər bir azərbaycanlının onlarla fəxr etdiyini bildirmiş, şəhid ailələrinə, qazilərə və veteranlara dövlətimizin, dövlət başçılarımız Müzəffər Ali Baş Komandanımız möhtərəm İlham Əliyevin və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın diqqət və qayğısının bundan sonra da davam edəcəyinə onları əmin etmişdir.

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …