Türkiyədə nəşr olunan sabah qəzetində Azərbaycanın “Qarabağ” futbol komandası oynunda qaldırılmış şüarla bağlı təxribatçı yazıya reaksiyalar öz nəticəsini verməkdədir.
Bu gün sözügedən bədnam yazı qəzetin internet sehifəsindən qaldırılıb. Boyukmillet.com Turkustan.info-ya istinadən xəbər verir ki, bu dəqiqələrdə isə yazının müəllifi olan Mevlut Tezel Twitter hesabından məsələ ilə bağlı açıqlama yayınlayıb. O, mesajında Azərbaycan xalqından və “Qarabağ” sevərlərdən üzr istəyib. “Diqqətli oxunursa, yazım sadəcə bu görüntü haqqında əyləncəli bir yorum idi. Əgər Azərbaycan və Qarabağ xalqını üzdümsə, üzr istəyirəm” – deyə müəllif yazır.